...

Ukraynanın Yanacaq və Energetika Nazirliyi CBM Oil şirkətilə Qara dəniz şelfindəki neft yatqlarının birgə mənimsənilməsinin mümkünlüyünü müzakirə edib

Dünya xəbərləri Materials 8 May 2007 17:53 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitskiy/ Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko CBM Oil (Böyük Britaniya) İdarə heyətinin sədri Maykl Berçellə Qara dəniz şelfindəki neft yatqlarının birgə mənimsənilməsinin mümkünlüyünü müzakirə edib.

Görüşdən sonra Y.Berçell jurnalistlərə bildirib ki, cümə axşamı tərəflər artıq ekspertlər səviyyəsində danışıqları davam etdirəcəklər.

Öz növbəsində M.Berçell bildirib ki, Ukrayna şirkətləri ilə uğurlu danışıqlar aparılacağı və nəticələr əldə olunacağı təqadirdə CBM Oil qısa müddətdə bu yataqların mənimsənilməsinə ciddi investisiyalar cəlb edə bilər. Briutaniya şirkəti rəhbərinin sözlərinə görə, ilk növbədə investisiyalar 25 mln. dollar dəyərində ola bilər və bu da seysmoloji işlərin aparılmasına yönəldiləcək.

Y.Boyko bildirib ki, tərəflər birgə fəaliyyət formatının müəyyən olunması üçün bir ay hazırlıq müddəti məyyən ediblər. Bundan sonra müvafiq sənədlərin imzalanması planlaşdırılır.

CBM Oil şirkəti Xəzər, Qara və Aralıq dənizlərində perspektivli layihələriin işlənilməsi üçün 2004-cü ildə yaradılıb. Onun ilkin fəaliyyət istiqamətlərindən biri MDB ölkələri regionunda birgə fəaliyyətdir.

Xəbər lenti

Xəbər lenti