...

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin bazasında güclü yanğın baş verib, xəsarət alanların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 19 İyul 2012 11:27 (UTC +04:00)
Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Qobustan rayonunda yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin bazasında güclü yanğın baş verib, xəsarət alanların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə deyiblər ki, xəztəxanaya iki nəfər gətilrilib. Onlar 1973-cü il təvəllüdlü Valid Əfəndiyev və 1987-ci təvvəllüdlü Rauf Hüseynovdur. Onlardan biri hazırda cərrahiyyə əməliyyatı olunur. Digərinin isə çənə nahiyəsi sınıb.

Xəbər lenti

Xəbər lenti