Azərbaycan, Bakı, 30 may /Trend, müxbir X.Murtuzayeva/
Alimlər gələcəkdə standart donor sistemini kökündən dəyişdirməyi arzu edərək süni orqanların yaradılması yolunda çox böyük uğurlar əldə etməkdə davam edirlər. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.
Bu istiqamətdə ən çətin vəzifələrdən biri işlək qan damarlarının əldə olunmasıdır. Bu mövzuda elmi iş Vaşinqton Universitetindən İn Çjenə məxsusdur. O, xüsusi geldən istifadə etməklə bu problemin öhdəsindən gəlməyə nail olub. Həmin gelin sayəsində damarlar müəyyən formada böyüyür və insanın hüceyrələrinə həqiqi damarlar kimi reaksiya verir.
İn həmkarları ilə birlikdə kollagen geldəki insanın endotelial hüceyrələrini (qan damarlarını örtürlər) kiçik kanallara vurub. Hüceyrələr kanallara yayılaraq içi boş, üçölçülü borular və ya mikrodamarlar yaradıb.
Alimlər alınmış sistemə qan tökdükdə o mikrodamarlardan (hətta 90 dərəcə bucaq altında dirsəklərdə normal axır) rahat keçib.
Daha sonra iltihabla bağlı proteinlər əlavə edilir. Məlum olub ki, həmin proteinlər mikrodamarlardakı qanı insan bədənindəki kimi laxtalanmağa məcbur edir.
Alimlər geli damarların artımını stimullaşdıran proteinlərlə birlikdə beyin hüceyrələrinə və əzələlərə yeridəndə mikrodamarlar çox gözəl şaxələnir və toxumaların iki tipində birləşir. Buradan belə nəticə əldə olunur ki, hematoensefalik baryer kimi mürəkkəb strukturların yaradılması mümkündür.