Türkiyə və İsrail 10 günə səfirlər təyin edəcəklər

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2016 18:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

O qeyd edib: "Bununla bağlı işlər davam edir. Xarici İşlər Nazirliyi vaxtı gələndə lazımi açıqlama verəcək. Düşünürəm ki, bir həftə - 10 gün ərzində qarşılıqlı olaraq səfirlərin təyin edilməsi müddəti də başa çatacaq".

Lakin İ.Kalın yeni səfirlərin adını çəkməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti