...

Milli Olimpiya Komitəsi I Avropa Oyunları ilə bağlı ABŞ-ın antiazərbaycan kampaniyasını çirkin oyun adlandırdı

Baku 2015 : EUROGAMES Materials 28 Aprel 2015 13:35 (UTC +04:00)
İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampanıyasının aparılması bəhanədir.
Milli Olimpiya Komitəsi I Avropa Oyunları ilə bağlı ABŞ-ın antiazərbaycan kampaniyasını çirkin oyun adlandırdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır".

Bunu Trend-ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsinə münasibət bildirərkən deyib.

Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər: "Idman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. Idmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır".

C.Hüseynzadə bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bütün pis əməllər, anti-Azərbaycan kampaniyasını nəinki bir idman qurumunun rəhbər şəxsi, həm də bir Azərbaycan vətəndaşı kimi pisləyir: "Bir Azərbaycan vətəndaşı, bir insan kimi bu məsələləri çox pis qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycana qarşı aparılan çıxışlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti