...

I Avropa Oyunları ilə bağlı Gəncədə keçirilən fləşmob “Ginnesin rekordlar kitabı”na düşə bilər (FOTO-VİDEO)

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 11:06 (UTC +04:00)
Gəncədə Avropa Oyunları ilə bağlı keçirilən möhtəşəm fləşmob “Ginnesin rekordlar kitabı”na düşə bilər.
I Avropa Oyunları ilə bağlı Gəncədə keçirilən fləşmob “Ginnesin rekordlar kitabı”na düşə bilər (FOTO-VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Gəncədə Avropa Oyunları ilə bağlı keçirilən möhtəşəm fləşmob "Ginnesin rekordlar kitabı"na düşə bilər.

Trend xəbər verir ki, "Bakı-2015" Birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada Birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.

"Bakı-2015"in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.

Aksiya eyni zamanda "Ginnesin dünya rekordları" komissiyası tərəfindən izlənilib.

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılıb. Aprelin 2-də Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşüb.

Gəncədə 6000 nəfərin "Bakı-2015" Birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

"Bakı 2015"ə həsr olunan ən böyük fləşmobdan videonu sizə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti