...

Federasiya: Azərbaycanlı avarçəkənlərin səviyyəsi Avropa Oyunlarında medal qazanmağa imkan verir

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 22:41 (UTC +04:00)
Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək avarçəkənlərin səviyyəsi olduqca yüksəkdir və medallar qazanmağa imkan verir.
Federasiya: Azərbaycanlı avarçəkənlərin səviyyəsi Avropa Oyunlarında medal qazanmağa imkan verir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək avarçəkənlərin səviyyəsi olduqca yüksəkdir və medallar qazanmağa imkan verir.

Bunu Trend-ə Milli Avarçəkmə Federasiyasının mətbuat katibi Elşən Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanı Oyunlarda 7 avarçəkən təmsil edəcək: "Bizi 4 kanoeçi və 3 kayakçı təmsil edəcək. Hazırlıq artıq başa çatıb".

E.Məmmədov xatırladıb ki, avarçəkmə yarışları Bakıda deyil, Mingəçevirdə keçiriləcək: "İdmançılarımız Mingəçevirdə məşq edirlər və orada onları yaxşı tanıyırlar. Mingəçevirdə keçirilən bütün yarışlarda xeyli sayda azarkeş olur. Azarkeşlər bizim medallar qazanacağımıza ümid edə bilərlər. Buna görə də onları gözləyirik. Biz də layiqli nəticə göstərməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti