...

Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsi keçirilir (ƏLAVƏ OLUNUB)(FOTO, CANLI YAYIM)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 14:32 (UTC +04:00)
Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsi başlayıb.
Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsi keçirilir (ƏLAVƏ OLUNUB)(FOTO, CANLI YAYIM)

ilk xəbər 11:55-də yayılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsinə start verilib.

Trend-in məlumatına görə, bu gün keçiriləcək digər yarışlardan fərqli olaraq, su polosu yeganə idman növüdür ki, burada ilkin yarış mərhələsinin 1-ci raundunda 12 qadın komandası yarışacaq. Qadınlar Voterpol Arenasında mübarizəyə başlayacaq.

İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa Çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.

XXX

Su polosu üzrə qadınların arışlarının ilkin nəticələri məlum olub.

Belə ki, gərgin mübarizə şəraitində keçən yarışlarda qadınlar arasında A qrupunda Niderlandın komandası 29-1 hesabı ilə İsrail komandasına qalib gəlib. Macarstan ilə Almaniya komandaları arasında gedən mübarizə isə 21-4 hesabı ilə Macarıstan komandasının xeyrinə başa çatıb.

Hazırda A qrupunda yarışmalar Yunanıstan ilə Böyük Britaniya komandaları, B qrupunda isə İspaniya ilə Serbiya arasında davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti