...

Fransa MOK-un prezidenti: “I Avropa Oyunlarının açılış mərasimi fantastik idi”

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 11:27 (UTC +04:00)
I Avropa Oyunlarının açılış mərasimi fantastik idi, izləyicilər möhtəşəm şouya, stadionda hökm sürən dostluq və doğmalıq ab-havasına valeh olmuşdular.
Fransa MOK-un prezidenti: “I Avropa Oyunlarının açılış mərasimi fantastik idi”

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

I Avropa Oyunlarının açılış mərasimi fantastik idi, izləyicilər möhtəşəm şouya, stadionda hökm sürən dostluq və doğmalıq ab-havasına valeh olmuşdular.

Bu barədə Trend-ə Fransa Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Dennis Masselya deyib.

O bildirib ki, Bakı gözəl şəhərdir, Kanna oxşayır: "Düşünürəm ki, Bakı I Avropa Oyunlarının keçirilməsi üçün ən uyğun şəhərdir. Bundan başqa, Bakı tədbirin təşkilati məsələlərinə yüksək standartlar müəyyənləşdirib. II Avropa Oyunları da belə səviyyədə keçirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti