...

Britaniyalı jurnalist Bakıda I Avropa Oyunlarının açılış mərasiminə heyran olub

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 13:29 (UTC +04:00)
I Avropa Oyunlarının açılış mərasimi çox maraqlı keçdi və məni heyrətləndirdi.
Britaniyalı jurnalist Bakıda I Avropa Oyunlarının açılış mərasiminə heyran olub

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunlarının açılış mərasimi çox maraqlı keçdi və məni heyrətləndirdi. Bu barədə Trend-ə britaniyalı jurnalist Kris Uitmor deyib.

O bildirib ki, heç vaxt Azərbaycanda olmayıb: "Dünyanın bir çox yerində olmuşam, ancaq Azərbaycana heç vaxt səfər etməmişdim. Mədəniyyətlərimiz arasında böyük fərqin olduğunu qeyd etmək istərdim. Əvvəlcə I Avropa Oyunlarının açılış mərasiminin bütün təfərrüatını başa düşməsəm də, internet vasitəsilə məlumat əldə etdikdən sonra nar və mərasimin başqa rəmzlərinin nə demək olduğunu anladım".

K.Uitmor hər bir məsələnin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "İdman arenaları, nəqliyyat, idmançılar və jurnalistlərin yerləşdirilməsi - hər şey yüksək səviyyədə, Olimpiya səviyyəsində təşkil olunub. I Avropa Oyunlarında olmağımdan və Bakıda işləməyimdən çox məmnunam. Çox mehriban insanlarınız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti