...

Avropa Oyunlarında qadın güləşçilərimiz medallara doğru irəliləyir: bir idmançımız finalda (ƏLAVƏ OLUNUB 5) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 12:02 (UTC +04:00)
Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.
Avropa Oyunlarında qadın güləşçilərimiz medallara doğru irəliləyir: bir idmançımız finalda (ƏLAVƏ OLUNUB 5) (FOTO)

İlk xəbər 10:00-da yayılıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət /

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin yarışında daha 4 idmançımız mübarizə aparacaq.

Trend xəbər verir ki, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.

XXX

İrina Netraba 1/4 finalda

Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/8 final mərhələsində İtaliya idmançısı Karola Raynero ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz rəqibini 8:4 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Bolqarıstan idmançısı Mimi Hristova olacaq.

Qadın güləşçilərinin yarışında 63 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Elmira Qəmbərova 1/8 final mərhələsində İsveç idmançısı Henna Yohanson ilə qarşılaşıb. Güləşçimiz rəqibinə vaxtından əvvəl məğlub olub.

XXX

Anjela Doroqan da 1/4 finalda

Qadın güləşçilərinin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ankjela Doroqan 1/8 final mərhələsində Türkiyə güləşçisi Merve Kengerlə qarşılaşıb.

Qarşılaşmada daha gözəl güləş nümayiş etdirəm Anjela Doroqan türkiyəli idmançını böyük üstünlüklə - 8:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Mavarıstan idmançısı Mersedes Denes olacaq.

XXX

Gözəl Zutova məğlub oldu.

Qadın güləşçilərinin yarışında 75 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Gözəl Zutova 1/8 final mərhələsində Ukrayna idmançısı Oksana Vaşçuk ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz rəqibinə 2:4 hesabı ilə məğlub olub.

XXX

Netreba yarımfinalda

Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/4 finalda Bolqarıstan idmançısı Mimi Hristova ilə güləşib.

Güləşçimiz güclü rəqibi ilə keçən gərgin mübarizədə 6:4 hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.

XXX

Anjela Doroqan da yarımfinalda

Qadın güləşçilərinin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ankjela Doroqan 1/4 finalda Macarıstan idmançısı Mersedes Deneslə üz-üzə gəlib.

Güləşçimiz rəqibindən tam üstün olaraq ona vaxtından əvvəl 4:0 hesabı (tuşe) ilə qalib gələrək yarışın yarımfinalına çıxıb. Doroqanın yarımfinaldakı rəqibi Moldova təmsilçisi Nataliya Budu olacaq.

XXX

Doroqan finalda

Qadın güləşçilərinin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Budu ilə üz-üzə gəlib.

Rəqibindən bütün parametrlərdə üstün olan A.Doroqan vaxtından əvvəl 7:2 hesabı ilə (tuşe) ilə tam qələbə qazanaraq yarışların finalına çıxaraq qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

XXX

Netreba bürünc medal uğrunda yarışacaq

Bakı 2015 birinci Avropa Oyunlarının qadın güləşi yarışlarında Azərbaycanı 58 kq çəki dərəcəsində təmsil edən İrina Netreba yarımfinalda Macarıstan idmançısı Emese Barka ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə güləşçimizin bütün səylərinə baxmayaraq, o, 2:5 hesabı ilə məğlub olub.

İ.Netreba mübarizəni Avropa Oyunlarının bürünc medalı uğrunda davam etdirəcək. 3-cü yer uğrunda görüşdə Netrebanın rəqibi Norveç güləşçisi Qreys Bullen olacaq.

Qeyd edək ki, qadın güləşçilərimiz yarışlarda artıq 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) isə bürünc medalın sahibi olublar.

Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti