Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Azad Həsənli/
Bu gün I Avropa Oyunları çərçivəsində kişilər arasında şose velosipedi idmanı üzrə yarışlar start götürüb.
Trend-in məlumatına əsasən, Azərbaycanı yarışlarda Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov təmsil edirlər.
Ümumilikdə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.