...

Azərbaycan Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarında iştirakdan imtina edib

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 15:35 (UTC +04:00)
Azərbaycan yığması Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarında iştirak etməyəcək.
Azərbaycan Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarında iştirakdan imtina edib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan yığması Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarında iştirak etməyəcək. Bu barədə Trend-ə Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Hacıağa Hacıəhmədov deyib.

Baş məşqçinin sözlərinə görə, Avropa Oyunları Bakıda keçirildiyinə görə yarışa komanda çıxarmaq planlaşdırılırdı, lakin sonradan yarışların gedişində vəziyyət dəyişib: "Komandanı tam tərkibdə təmsil edəcək qədər adamımız yoxdur. Belə ki, dünən 73 kq-dək çəki dərəcəsindəki üzvü Rüstəm Orucov fərdi yarışlarda ciddi zədə alıb. Onu dəyişdirmək şansı da olmadığından Azərbaycan Oyunların komanda yarışlarında iştirak etməyəcək. Bununla bağlı artıq dünən təşkilatçıılara rəsmi şəkildə məlumat verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti