...

Bakı bulvarında buz meydançası tezliklə açılacaq

Mədəniyyət Materials 7 Yanvar 2011 11:45 (UTC +04:00)
Əgər paytaxt regionu ərasizində davamlı soyuq hava şəraiti qalarsa, yaxın vaxtlarda Bakı bulvarındakı buz meydançasının açılışı keçiriləcək. Bu barədə Trend Life–a Dənizkənarı Milli Park İdarəsindən məlumat verilib.
Bakı bulvarında buz meydançası tezliklə açılacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend Life, müxbir Z.Əhmədova/

Əgər paytaxt regionu ərasizində davamlı soyuq hava şəraiti qalarsa, yaxın vaxtlarda Bakı bulvarındakı buz meydançasının açılışı keçiriləcək. Bu barədə Trend Life-a Dənizkənarı Milli Park İdarəsindən məlumat verilib.

Buz meydançası tam hazırdır, buz örtüyü artıq quraşdırılıb. Bu barədə idarənin direktor müavini Nazim Məcidov bildirib.

"Sinoptiklər soyuq havanın davam edəcəyi barədə məlumat veriblər, ona görə də ən yaxşı halda bu gün axşam və ya yaxın iki gündə buz meydançasının açılışı keçiriləcək", - o, deyib.

Buz meydançası ənənəvi yerdə deyil, Bakı bulvarının başqa yerində yaradılıb.

Qeyd edək ki, buz meydançasının açılışı dekabrın əvvəllərində keçirilməli idi, lakin noyabr ayı üçün xarakterik olmayan isti hava buz meydançasının açılmasına imkan verməyib.

Xəbər lenti

Xəbər lenti