...

Baharın ən gözəl qızı - Brilliant Dadaşova (FOTO)

Mədəniyyət Materials 15 Mart 2011 17:29 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Brilliant Dadaşova Novruz bayramında pərəstişkarlarını televiziya ekranlarından fərqli imiclə salamlayacaq
Baharın ən gözəl qızı - Brilliant Dadaşova (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Brilliant Dadaşova Novruz bayramında pərəstişkarlarını televiziya ekranlarından fərqli imiclə salamlayacaq. Trend xəbər verir ki, AzTV-nin Novruz bayramına həsr olunmuş çəkilişində "Bahar qızı" obrazını canlandırmaq məhz Brilliant xanıma həvalə olunub. Əldə etdiyimiz məlumata görə, rejissor Etibar Babayevin quruluşunda ekranlaşdırılan konsert proqramında xanım müğənnilər arasında Bahar qızını seçməkdən ötrü heç bir kastinq keçirilməyib.

Yaradıcı heyətin seçimi yalnız xalq artistinin adı üzərində dayanıb. Özünəməxsus xarizması ilə seçilən Brilliant xanım ona həvalə olunmuş obrazı çox peşəkarlıqla canlandırıb. Çəkiliş meydançasında B.Dadaşova 2002-ci ildən repertuarına daxil etdiyi "Novruz bayramı" adlı mahnısına da ekran həyatı verib.

Azərbaycan şou-biznesində gözəlliyinin tayı-bərabəri olmayan Brilliant xanımın dəyişən bahar imicini fotolar vasitəsilə sizə təqdim edirik. Vizual gözəlliyə qiymət verməyi bacaran oxucular da təsdiqləyər ki, baharın ən gözəl qızı elə Brilliant Dadaşovanın özüdür.

Foto: Zaur Zaman

Xəbər lenti

Xəbər lenti