...

Azərbaycan vokalçısı İtaliyada festivalın laureatı olub (FOTO)

Mədəniyyət Materials 18 İyul 2011 16:36 (UTC +04:00)
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə iyulun 13-16-da Romada keçirilən "Elia Catalano" milli festivalının laureatı olub.
Azərbaycan vokalçısı İtaliyada festivalın laureatı olub (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Məmmədova/

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə iyulun 13-16-da Romada keçirilən "Elia Catalano" milli festivalının laureatı olub.

Trend-in məlumatına görə, Azərbaycan vokalçısı festivala məşhur italyan tenoru Robertino Lorettinin təşəbbüsü ilə dəvət edilib.

İyulun 13-də Eminzadə festivalın açılışında iştirak edərək Lorettinin "Jamayka" və "O Sole Mio" kompozisiyalarını ifa edib.

14 yaşlı Emin öz ifası ilə tamaşaçıları o dərəcədə valeh edib ki, onlar Eminzadəni ayaq üstə alqışlayıblar. Ən yüksək nəticə göstərən Emin "Elia Catalano" festivalının laureatı olub və festivalın təşkilat komitəsinin sədri Fabritsio Massi onu mükafata layiq görüb.

İyulun 15-də Eminzadə Robertino Lorettinin qonağı olub və məşhur italyan gənc azərbaycanlı ifaçı üçün bir neçə ustad dərsi keçib. Eminin səsinə valeh olan italyan tenor onu payızda Moskvada keçiriləcək özünün yubiley konsertinə dəvət edib və onunla duet oxuyacağını vəd edib.

İyulun 16-da Eminzadə milli "Elia Catalano" festivalının qala-konsertində iştirak edib.

Emin Eminzadə Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. Gənc ifaçı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin musiqi məktəbində təhsil alır və eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistidir.

Xəbər lenti

Xəbər lenti