...

Səyavuş Aslanın oğlu atasının səhhəti barədə danışdı

Mədəniyyət Materials 4 Avqust 2011 12:37 (UTC +04:00)
İnsult diaqnozu ilə Əfəndiyev adına 4 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti Səyavuş Aslanın səhhətində müsbət dəyişikliklər var. Aktyorun oğlu hacı Eldar Aslan Trend-ə bildirdi ki, həkimlərin səyi nəticəsində atası həyati təhlükəni arxada qoyub.
Səyavuş Aslanın oğlu atasının səhhəti barədə danışdı

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ş.Cavadsoy/

İnsult diaqnozu ilə Əfəndiyev adına 4 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti Səyavuş Aslanın səhhətində müsbət dəyişikliklər var. Aktyorun oğlu hacı Eldar Aslan Trend-ə bildirdi ki, həkimlərin səyi nəticəsində atası həyati təhlükəni arxada qoyub.

"Baxmayaraq ki, atam hələ də reanimasiyadadır, amma səhhətində olan ciddi problemlər artıq geridə qalıb. Atam uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Ev şəraitində müalicə effekt vermədiyindən xəstəxanaya gətirdim. Tibbi yardım göstərildi. Reanimasiyaya girməyə də icazə veriblər. Sizdən əvvəl danışdım özü ilə. Yaxşılaşır Allahın köməyi ilə. Bəzi saytlarda onun hələ də komada olduğu barədə yazılan xəbərlər həqiqətə uyğun deyil. Atam komada deyil! Jurnalistlərdən doğru məlumatı yaymaqlarını istəyirəm", - Eldar Aslan dedi.

Xalq artistinin oğlu onu da bildirdi ki, günün sonuna kimi Siyavuş Aslanın başqa xəstəxanaya köçürülməsi üçün çalışır.

"Xəstəxanada kondisioner sistemi olmadığı üçün palatalar çox istidir. Atamın isə istiyə dözümü yoxdur. Bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik ki, onu başqa xəstəxanaya köçürməkdə yardımçı olsunlar. Ümidvaram ki, istəyimizi günün sonuna kimi reallaşdıracağıq", - Eldar Aslan əlavə etdi.

O açıqlamasının sonunda Səyavuş Aslanın səhhətinə görə narahatlıq keçirən pərəstişkarlara təşəkkür etdi: "İnşallah atamın sənətini qiymətləndirən insanların duaları qəbul olacaq və Allahın köməyi ilə o, tezliklə ayağa qalxacaq. Hamınıza təşəkkür edir və sağlam ömür arzulayıram".

Xəbər lenti

Xəbər lenti