...

Müğənni Sevinc Ağaşirinovanın Türkiyədəki yay istirahəti (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2011 18:25 (UTC +04:00)
"Sən də get" adlı mahnısı ilə hit-paradlara ayaq açan estrada müğənnisi Sevinc Ağaşirinova Türkiyənin bir neçə kurort şəhərində yaxşıca dincəlmək şansından maksimum yararlanıb.
Müğənni Sevinc Ağaşirinovanın Türkiyədəki yay istirahəti (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Sən də get" adlı mahnısı ilə hit-paradlara ayaq açan estrada müğənnisi Sevinc Ağaşirinova Türkiyənin bir neçə kurort şəhərində yaxşıca dincəlmək şansından maksimum yararlanıb. Bu fürsət isə müğənniyə adını və kimliyini hər kəsdən gizli saxladığı həyat yoldaşı tərəfindən verilib.

Anası ilə birlikdə, Şimali Kipr də daxil olmaqla, Antalya, Alanya şəhərlərində istirahət edən Sevinc Bakıya gələr-gəlməz artıq bir neçə gündür ki, yenidən xarici ölkələrdən birinə istirahətə yollanıb. Bakını tərk etməmişdən əvvəl Trend-ə maraqlı fotosessiyası təqdim edən müğənni, növbəti səfərinin hara olması barədə bir söz demək istəmədi.

"Bircə onu deyə bilərəm ki, bu, Avropa şəhərlərindən biri olacaq. Həyat yoldaşım istirahətimin mənalı keçməsi üçün çox çalışır. Türkiyədə anamla birlikdə çox yaxşı dincəldim. Ümidvaram ki, yay istirahətimin davamı da mənim üçün xeyli yaddaqalan olacaq", - Sevinc Ağaşirinova belə dedi.

Xəbər lenti

Xəbər lenti