Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir İ.İsabalayeva/
Böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar 2012-ci il TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) çərçivəsində "M.F.Axundzadə İli" elan edilib.
Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirliyin bununla bağlı verdiyi təklif TÜRKSOY təşkilatı tərəfindən müsbət dəyərləndirilib.
Hazırda "M.F.Axundzadə İli"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanır.
2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında "M.F.Axundzadə İli"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.