Azərbaycan, Bakı, 26 mart /Trend/
Rusiyanı Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək "Buranovskiye babuşki" ("Бурановские бабушки") qrupunun üzvləri Bakıya sobaları ilə birgə gəlirlər.
Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Rusiya təmsilçiləri Bakı səhnəsinə dekorativ soba ilə çıxacaqlar. Bu sobanın dekorativ olmasına baxmayaraq, nənələr "Eurovision 2012" ərəfəsində bütün təmsilçiləri öz bişirdikləri piroqa qonaq etmək niyyətindədirlər.
Rusiya təmsilçiləri Bakıdakı şouda səhnəyə öz milli geyimlərində çıxacaqlarını açıqlayıblar. "Buranovskiye babuşki" qrupunun səhnə geyimlərində bahalı zinət və aksesuarlardan deyil, qədim əşyalardan və baş örtüklərindən istifadə olunacaq.