...

Azərbaycanın "Eurovision 2012" mahnısı müsabiqədəki ən gözəl balladadır - Gürcüstan təmsilçisi

Mədəniyyət Materials 28 Mart 2012 15:18 (UTC +04:00)
Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Coxadze Səbinə Babayevanın ifasında "When The Music Dies" mahnısını heyranlıqla dinləyib.
Azərbaycanın "Eurovision 2012" mahnısı müsabiqədəki ən gözəl balladadır - Gürcüstan təmsilçisi

Azərbaycan, Bakı, 28 mart /Trend/

Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Coxadze Səbinə Babayevanın ifasında "When The Music Dies" mahnısını heyranlıqla dinləyib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Gürcüstan təmsilçisinin fikrincə, Azərbaycanın builki mahnısı müsabiqədəki ən gözəl balladadır.

"Mən sözün əsl mənasında şokda idim. Bu kompozisiya indiyədək eşitdiyim bütün "Eurovision" mahnılarından seçilir. Tamamilə heyrətamizdir. Mən bu mahnıya və ifaya vurulmuşam", - o deyib.

Tanıtım turları ilə bağlı planlarına gəldikdə, Gürcüstan təmsilçisi aprelin 21-də Amsterdamdakı "Eurovision in Consert" layihəsi ilə kifayətlənəcəyini bildirib. Anri Coxadze builki müsabiqənin digər iştirakçılarından daha çox "Buranovskiye babuşki", Qaytana və Lorinlə görüşmək istədiyini deyib.

Xəbər lenti

Xəbər lenti