...

"Еurovision" müsabiqəsi gələcək üçün yaxşı təcrübədir - Finlandiya təmsilçisi

Mədəniyyət Materials 29 Mart 2012 17:22 (UTC +04:00)
Bakıda "Еurovision 2012" mahnı müsabiqəsi gələcək üçün yaxşı təcrübədir.
"Еurovision" müsabiqəsi gələcək üçün yaxşı təcrübədir - Finlandiya təmsilçisi

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir V.İmanov/

Bakıda "Еurovision 2012" mahnı müsabiqəsi gələcək üçün yaxşı təcrübədir. Bu barədə müsabiqənin finlandiyalı iştirakçısı Pernilla Karlsson cümə axşamı Trend-ə müsahibəsində deyib.

"Çoxlu sayda yeni insanlarla tanışlığıma şad olacağam və əlbəttə, Bakını görmək çox maraqlıdır. Mən Bakıda heç vaxt olmamışam, lakin mənim üçün oraya getmək çox maraqlı olacaq", - Karlsson bildirib.

Müğənni Azərbaycan barədə çox az məlumata malik olması və Bakıda dostlarının olmaması ilə bağlı təəssüfünü bildirib, lakin müsabiqədən sonra dostlar qazanacağına ümid etdiyini deyib.

"Mən Bakıda gözəl binaların və mayda yaxşı havanın olduğu barədə eşitmişəm!" - Karlsson deyib.

Müğənninin sözlərinə görə, onu çox emosional mahnısına görə "Еurovision"a nümayəndə seçiblər.

"Ölkəm məni seçdi və bu təsadüfi deyil. Mən sadəcə olaraq özüm olacağam və Finlandiyanı bacardığım qədər yaxşı təmsil edəcəyəm", - Pernilla deyib.

Müğənni hesab edir ki, "Еurovision"da iştirak üçün təmsilçiləri onların populyarlığına görə deyil, mahnıya görə seçirlər.

"Finlandiyanı "Еurovision"da təmsil edəcəyimə görə şadam və uğursuzluq haqqında düşünməyə sadəcə olaraq vaxtım yoxdur", - o deyib.

Onun sözlərinə görə, o, şounun sürpriz olmasını istəyir. Müğənni bunun çox emosional nömrə olacağını qeyd edir.

"Mənə həqiqətən də müsabiqədən əvvəl diqqətimi cəmləmək lazımdır. Hesab edirəm ki, rəqabət təcrübəsi çox vacibdir", - Karlsson deyib.

2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı"nda keçiriləcək. "Bakı Kristal Zalı" 23 min tamaşı tutumuna malikdir, daha 16 min tamaşaçı müsabiqənin yarımfinalları və finalına böyük monitorlarda canlı efirdə baxmaq imkanı əldə edəcək.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti