...

Səbinə Babayeva Amsterdamda "Eurovision in Consert" layihəsində çıxış edəcək

Mədəniyyət Materials 18 Aprel 2012 18:55 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva aprelin 21-də Amsterdamda 23 ölkədən olan şou iştirakçısı ilə eyni səhnəni paylaşacaq.
Səbinə Babayeva Amsterdamda "Eurovision in Consert" layihəsində çıxış edəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva aprelin 21-də Amsterdamda 23 ölkədən olan şou iştirakçısı ilə eyni səhnəni paylaşacaq.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, o, şou iştirakçılarının və fanların müsabiqə öncəsi toplaşdığı ən irimiqyaslı tanıtım layihəsi olan "Eurovision in Consert"də iştirak edəcək.

Konsert müddətində ölkə təmsilçilərinin beynəlxalq media nümayəndələri ilə görüşü və gəzintilər də nəzərdə tutulur. Şou Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Frankanın çıxışı ilə açılacaq.

Səbinə Babayeva həmçinin aprelin 29-da Londondakı "Eurovision" tədbirinə (Eurovision Party) qatılacaq.

Xəbər lenti

Xəbər lenti