Azərbaycan, Bakı, 2 may /Trend/
Azərbaycan Dövlət Simfonik Orkestri sabah Tehranın Milad sarayında yerli vaxtla saat 20:30-da konsert proqramı ilə çıxış edəcək.
Orkestrə bədii rəhbər, xalq artisti, "Şöhrət" ordenli Rauf Abdullayev dirijorluq edəcək. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Konsertdə 18 musiqi əsəri səsləndiriləcək.