...

Eurovision Mahnı Müsabiqəsi 2012-nin nümayəndə heyətləri Bakıya gəlir

Mədəniyyət Materials 12 May 2012 11:08 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin nümayəndə heyətləri Bakıya gəlir

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar.

Trend şənbə günü müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib. Qonaqları Heydər Əliyev beynəlxalq hava limanında qarşılayanlar sırasında eurovision.az saytının əməkdaşları da olub. Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib.

"Elə bil ikinci Vətənimdəyəm" deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib.

Monteneqro nümayəndə heyətinin rəhbəri Lidija Backoviç Bakıya ikinci səfərindən məmnunluğunu dilə gətirib.

"İlk səfərimdə şəhəri gəzmək fürsətim olmadı. Ümid edirəm ki, bu dəfə mədəniyyətinizdən və şəhərinizin gözəlliyindən doyunca zövq almaq imkanım olacaq", - Backoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti