...

"YARAT!" təşkilatı Nail Ələkbərovun "Yeddi gözəl" layihəsini təqdim edib

Mədəniyyət Materials 20 İyul 2012 19:46 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakının qədim hissəsində - İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində rəssam Nail Ələkbərovun «Yeddi gözəl» layihəsini təqdim edib.
"YARAT!" təşkilatı Nail Ələkbərovun "Yeddi gözəl" layihəsini təqdim edib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakının qədim hissəsində - İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində rəssam Nail Ələkbərovun "Yeddi gözəl" layihəsini təqdim edib.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Obyekt çay içmək üçün nəzərdə tutulan milli Azərbaycan stəkanı olan bir-birlərinin üzərinə yığılan yeddi "armudu" stəkanın heykəltəraşlıq həllindən ibarətdir. "Armudu" "armudşəkilli" mənasını bildirir. О həqiqətən də armud meyvəsini xatırladır. Digər tərəfdən, bu, armudun özü kimi çılpaq qadın bədəninin cizgi və formasını xatırladır. Bununla da, heykəltəraşlıq kompozisiyası baxımından bu stəkanlar Nizami Gəncəvinin eyni adlı şah əsərindən olan yeddi gözəli təcəssüm etdirir.

Layihə güman ki, memarlıq fonu çərçivəsində İçərişəhərdə quraşdırılacaq. Layihənin məqsədi milli və beynəlxalq dəyərlərin sintezidir. Qloballaşma dövrundə necə deyərlər : "Qlobal fikirləş, lokal hərəkət et". Digər sözlərlə, milli rayihə və tərkib müəyyənləşmə baxımından kosmopolitik olan müasir incəsənət əsərlərinə tətbiq edilir. Eyni zamanda, müəllif yerli bədii ziyalı təbəqəsinin nümayəndəsi kimi ölkələrin qloballaşma müstəvisində mədəni xüsusiyyətlərinin silinib getməsi faktından narahatlığını ifadə etməyə çalışır. Hazırkı əsərdə onun müasir incəsənət formatında yerinə yetirilməsinə baxmayaraq, əsərdə şərq-sentrik vektr üstünlük təşkil edir.

Çay içilməsi mərasiminin adətən geniş vüsət aldığı Azərbaycanda çay qonaqpərvərlik və qonaqlara hörmət əlaməti sayılır. Əsas yeməklərdən əvvəl masaya çayın verilməsi ənənə sayılır. Azərbaycanda əsasən qara məxməri yarpaq çayı içilir. Azərbaycanda çayı çini fincanlarda deyil, bunun üçün nəzərdə tutulmuş armudvari stəkanlarda içirlər. Bu stəkanları "armudu" adlandırırlar. Həqiqətən də formalarına görə onlar armudu xatırladırlar: yuxarı və aşağı hissələri geniş, "bel hissələri" isə dardır. Bu stəkanın qeyri-adi formasının müxtəlif izahları var. Onu əldə saxlamaq rahatdır, qız fiqurasını xatırladır və s. Həqiqətdə isə səbəbi olduqca praqmatikdir: stəkanın aşağı hissəsindəki çay yuxarı hissəyə nisbətən gee soyuyur. Bununla da stəkanm dibindəki temperatur çayı içməyə başlayan zaman mövcud olan temperatur olaraq qalır. Bu mənada armudu həqiqətən də qədim Şərq dizaynının möcüzəsi olaraq qalır: qəşəng forma funksionallıqla tamamlanır. Azərbaycan ərazisində mütləq şəkildə çayxana mövcuddur. Azərbaycanlılar üçün çayxana - öz növbəsində iş və xəbərlərin müzakirə edildiyi, qəzetlərin oxunduğu, planların qurulduğu, nərd oynanıldığı, münasibətlərin yarandığı kişi klubudur. Azərbaycanda çay elçilik atributudur. Gəlinin valideynlərinin cavabı elçilərə çay vasitəsilə verilir: əgər elçilərə verilən çaya şəkər əlavə edilərsə, demək toya hazırlaşmaq lazımdır, əgər çayı və qəndi ayrıca verirlərsə, bu, rədd cavab deməkdir.

Xəbər lenti

Xəbər lenti