...

Nursaç Doğanişıq Bakıda Ramazan ayı münasibətilə konsert verəcək

Mədəniyyət Materials 26 İyul 2012 10:32 (UTC +04:00)
Ramazan ayında Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş ailələrin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları üçün tədbir və konsert keçiriləcək.
Nursaç Doğanişıq Bakıda Ramazan ayı münasibətilə konsert verəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend müxbir M.Əliyev/

Ramazan ayında Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş ailələrin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəmanların ailələri və müharibə veteranları üçün tədbir və konsert keçiriləcək.

Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Umid Mirzəyevin rəhbərlik etdiyi "Avrasiya Mətbuat Fondu" İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıq Azərbaycanda ilk dəfə konsert verəcək.

"Qarabağdan Anadoluya könül körpüsü" adlanan xeyriyyə tədbiri çərçivəsində Türkiyəli dövlət sənətçisi Nursaç Doğanişıq və qonaq qismində bir neçə əsərlə çıxış edəcək Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva əsasən Ramazan ayının daşıdığı ülvi duyğulara, Vətənə, millətə, türk dünyasına, sevgiyə, ilahi sevgiyə aid mahnılara üstünlük verəcəklər.

Konsert prorqamı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iyul ayının 27-də gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti