...

Şakira Bakıda möhtəşəm şou vəd edir

Mədəniyyət Materials 27 Sentyabr 2012 10:17 (UTC +04:00)
Məşhur müğənni Şakira qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanışı və özünün "Bakı Kristal Zal"ındakı konserti zamanı möhtəşəm şou nümayiş etdirəcəyini vəd edir.
Şakira Bakıda möhtəşəm şou vəd edir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Məşhur müğənni Şakira qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanışı və özünün "Bakı Kristal Zal"ındakı konserti zamanı möhtəşəm şou nümayiş etdirəcəyini vəd edir. Bu barədə o, özünün Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

"Oktyabrın 13-14-də Bakıdakı çıxışımı səbirsizliklə gözləyirəm. Çox tezliklə görüşərik", - Şakira yazır.

Bir qədər əvvəl dünya şöhrətli müğənni Şakira hamilə olması ilə əlaqədar bir neçə tədbiri təxirə salmışdı, lakin Bakıya dəvətdən imtina edə bilməmişdi.

Müğənninin sözlərinə görə, o və sevgilisi - "Barselona"nın oyunçusu Herard Pike ilk övladlarının dünyaya gəlişi ərəfəsində bütün reklam tədbirlərindən imtina etməyi qərara alıblar.

"Katalonların gəlini" hamiləliyinin hansı ayında olduğunu dəqiqləşdirməyib. Şakira hamilə olması səbəbindən sentyabrın 21-22-də Las-Veqasda keçirilən "iHeartRadio" musiqi festivalında iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti