...

YUNESKO-nun baş direktoru: Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır

Mədəniyyət Materials 1 Oktyabr 2012 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

YUNESKO-nun baş direktoru İrina Bokova dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə bəyanat verib.

Trend bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, bəyanatda Nizami Gəncəvinin ümumbəşəri dəyərə malik bir alim olduğu bir daha vurğulanır. Qeyd edilir ki, bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və YUNESKO təşkilatı bu yubileydə iştirakdan çox böyük şərəf hissi duyur.

Bəyanatda deyilir ki, Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir. Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir.

"Hələ o dövrlərdə Nizami Gəncə şəhərinin kitabxanalarında İslam dünyasının hər bir tərəfindən olan əsərləri - tərcümələr, qədim əsərlərin təfsirləri, müxtəlif dillərdə olan poemalar və elmi işləri əldə edə bilirdi. XII əsrdə olduğu kimi, bu günümüzdə də bu mədəni müxtəliflik bir imkan kimi hesab oluna bilər. Mədəniyyətlərin yaxınlaşmasına öz töhfəmizi vermək üçün mədəni, eyni zamanda mövcud bilik mübadiləsini genişləndirməklə birgə işləyə bilərik", - Bokova deyib.

O, bəyanatında bildirib ki, Nizaminin ədəbi irsi Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrdə insanların həyatına çox böyük təsir göstərib. "Ruhumu sevgiyə qərq edin" humanist çağırışı yaşadığımız qeyri-müəyyən zaman üçün bir ilhamdır.

"Bu çağırış, "sülh müdafiəsi xanımların və kişilərin şüurlarında qurulmalıdır" kimi YUNESKO-nun yaradılma konsepsiyasını özündə əks etdirir. Bu xüsusda, Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycanın dövlət qurumlarının və Gəncə şəhərinin səylərini ürəkdən alqışlayıram", - baş direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti