Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Romada noyabrın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın klassik folklor musiqisinə həsr olunmuş böyük konsertin keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov deyib.
Səfirin sözlərinə görə, konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı planlaşdırılır.