...

Bakıda Toni Brekstonun konserti olacaq

Mədəniyyət Materials 15 Noyabr 2012 09:32 (UTC +04:00)
Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək.
Bakıda Toni Brekstonun konserti olacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək.

Trend-in məlumatına görə, 6 Qremmi mükafatı laureatı Toni Brekston Bakıda ikigünlük konsert proqramı ilə çıxış edəcək. Unudulmaz şou dekabrın 17-18-də Heydər Əliyev Sarayında təşkil olunacaq.

Meqastar Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək.

Toni Brekston tamaşaçılara 90 dəqiqəlik unudulmaz şou vəd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti