...

Azərbaycan III Kiyev Beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur

Mədəniyyət Materials 17 Dekabr 2012 20:19 (UTC +04:00)
Dekabrın 15-18-də Ukraynanın paytaxtı Kiyev şəhərində III Kiyev Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir.
Azərbaycan III Kiyev Beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Dekabrın 15-18-də Ukraynanın paytaxtı Kiyev şəhərində III Kiyev Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və məsləhətçisi Elbəy Əli təmsil edirlər.

Xüsusi dizaynla hazırlanmış stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, azərbaycanlıların soyqırımı, mədəniyyətimiz, tariximiz barədə Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər çap məhsulları sərgi iştirakçılarına təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti