...

Gəncədə 153 tarixi abidə bərpa olunub

Mədəniyyət Materials 26 İyul 2013 20:05 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Gəncədə aparılan yenidənqurma işlərində önəmli yerlərdən biri də tarixi abidələrə ayrılıb. Gəncədə mövcud olan müxtəlif dövrlərə aid 150-dən çox tarixi tikililər bərpa olunub.
Gəncədə 153 tarixi abidə bərpa olunub

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Gəncədə 153 tarixi abidə bərpa olunub.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Gəncədə aparılan yenidənqurma işlərində önəmli yerlərdən biri də tarixi abidələrə ayrılıb. Gəncədə mövcud olan müxtəlif dövrlərə aid 150-dən çox tarixi tikililər bərpa olunub.

Gəncə nəinki Azərbaycanda, bütün Şərqdə tarixi abidələrlə zəngin olan şəhərlərdən biridir. Şəhərdə eramızdan əvvəl 2-ci minillikdən ta müasir dövrlərə aid abidələr var ki, onlardan da bəziləri dünya mədəni irs siyahısına salınıb.

AMEA-nın Gəncə Bölməsinin direktor müavini Samir Pişnamazzadə bildirib: "Hazırda şəhərimizdə 153 tarixi abidə bərpa olunub. Bu tarixi abidələri əhəmiyyətinə görə üç dövrə aid etmək olar. Bunların içində dünya, respublika və şəhər əhəmiyyətli abidələr mövcuddur. Hazırda şəhərdə Səfəvilər, daha dəqiq desək, Şah Abbas dövrünə aid Cümə məscidi və Karvansaray kimi tarixi abidələrdə irimiqyaslı işlər aparılır. 18-19-cu əsrlərə aid yaşayış binaları da bərpa olunur. Burada şübhəsiz ki, Aran memarlıq üslubu yaşadılır. Əsas məqsəd şəhəri müasirləşdirərək onun qədimliyini qoruyub saxlamaqdır. İşlərin sonunda hər abidənin önündə onun dünənini və bu gününü əks etdirən fotostend də qoyulacaq".

Şəhərdə bu sahədə aparılan işlər yalnız tarixi abidələrin bərpası ilə bitmir. Bildiyimiz kimi, tarix boyu Gəncənin yeri bir neçə dəfə dəyişib. Qədim Gəncənin mövcud olduğu ərazilərdən biri də Göygöl rayonunun Zurnabad kəndidir. Hazırda orada beynəlxalq arxeoloji qrup tərəfindən qazıntı işləri aparılır. Şəhərin əsl yaşı bu qazıntıların nəticəsində məlum olacaq.

Xatırladaq ki, alimlərin irəli sürdüyü ilkin versiyaya görə Gəncənin təxminən 4000 yaşı var.

Hazırda 153 tarixi abidəni əks etdirən kataloq da hazırlanır. Gələcəkdə digər abidələrin də bərpası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti