...

"Celtic Legends" rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olacaq (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2014 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"SA Organization" artıq 15 ildir ki öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan təşkilat bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub.

Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil etmişdir.

Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", "Tararam", "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə təşkilat yeni konsert layihəsi ilə görüşünzə gəlib.

Dünyaca məhşur step rəqsinin usta ifaçıları "Celtic Legends" rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı olacaq. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşadacaq. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramında tamaşaçılar professional rəqqasların sərgiləryəcəyi step rəqsinin ahəngindən zövq alacaqlar.

"Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında İrland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məhşur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli İrland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xareoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məhşur qəhrəmanı Viliyam Boltdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti