Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Əhmədova/
Bu gün Bakıda K-pop festivalı keçiriləcək.
Koreyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, K-pop festivalı ilk dəfədir Bakıda keçirilir.
Məlumatda qeyd olnunur ki, K-pop dünya festivalı Koreya Respublikasının Bakıdakı səfirliyi və Bakı Dövlət Universtiteti ilə birgə təşkil olunur. 14 komanda Koreya mahnısını və rəqsini ifa edəcək. Çıxışdan sonra iştirakçılar Koreya yeməklərini dadacaqlar.
İlkin raundlarda iştirak edəndən sonra K-pop-un azarkeşləri Koreya dövləti tərəfindən oktyabr ayında müsabiqənin final raundunda iştirak etmək üçün Koreyanın Çanqvan şəhərinə dəvət olunacaqlar.