...

Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Mədəniyyət Materials 18 İyun 2014 14:23 (UTC +04:00)
İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.
Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Azərbaycan, Bakı, 18 iyun/ Trend/

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsinin" təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti