...

Gəncədə Milli Musiqi Günü təntənə ilə qeyd edilib (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2014 16:27 (UTC +04:00)
Sentybarın 18-i dahi bəstəkar, Azərbaycanda peşəkar musiqinin, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının, Şərqdə operanın banisi, Azərbaycan Dövlət Himninin müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür.
Gəncədə Milli Musiqi Günü təntənə ilə qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentybarın 18-i dahi bəstəkar, Azərbaycanda peşəkar musiqinin, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının, Şərqdə operanın banisi, Azərbaycan Dövlət Himninin müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür.

1995-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il bu əlamətdar gün Milli Musiqi Günü olaraq qeyd edilir.

Milli Musiqi Günü Gəncədə də yüksək təntənə ilə qeyd edilib. Möhtəşəm Heydər Əliyev Mərkəzindəki Amfiteatrda toplaşan Gəncənin ziyalıları, bütün musiqisevərlər klassik dünya musiqisinin incilərini dinləyiblər.

Tədbir iştirakçıları qarşısında Almaniyanın incəsənət ustaları - Sakura Kindznis, Monika Şnayder, Stefen Dliner, Sebastian Şindler çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti