Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Məftun Salmanov/
Tanınmış türkiyəli müğənni Emre Altuğ boşanıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, müğənni 7 il evli olduğu Çağla Şıkel ilə həyat yollarını ayırıb.
Cütlüyün Uzay və Kuzey adlı iki uşağı var. Onlar ananın himayəsinə verilib.
Boşanmanın səbəbi barədə məlumat verilmir.