Azərbaycan, Bakı, 29 mart /Trend/
"Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçiriləcək.
3 aprel 2015-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər... Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.