...

"Toya bir gün qalmış" (FOTO)

Mədəniyyət Materials 10 Aprel 2015 20:32 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrında aprelin 16-da Əli Səmədlinin "Toya bir gün qalmış" komediyasının premyerası olacaq.
"Toya bir gün qalmış" (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Dövlət Musiqili Teatrında aprelin 16-da Əli Səmədlinin "Toya bir gün qalmış" komediyasının premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşa xalq artisti, tamaşaçıların sevimlisi, komediyada əsas obrazı canlandıran Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.

Əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova və başqaları ifa edəcəklər.

Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti