...

"Ay qız, kimin qızısan" xalq mahnısını özününküləşdirmək istəyən ermənilərə cavab

Mədəniyyət Materials 25 İyun 2015 17:50 (UTC +04:00)
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Ay qız, kimin qızısan” Azərbaycan xalq mahnısının ermənilər tərəfindən özününküləşdirmə barədə informasiyalar yayılıb.
"Ay qız, kimin qızısan" xalq mahnısını özününküləşdirmək istəyən ermənilərə cavab

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində "Ay qız, kimin qızısan" Azərbaycan xalq mahnısının ermənilər tərəfindən özününküləşdirmə barədə informasiyalar yayılıb.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, qədim türk lüğətində (Leninqrad, 1969-cu il) və digər lüğətlərdə "dil" sözünün aşağıdakı mənası da var: ürək, qəlb, zövq, həvəs.
Bu söz "dilim-dilim" kəlməsində kök kimi işlənilir, yəni "tikə-tikə" olmaqdır və heç cür qədim erməni sözü ola bilməz: "Mahnının sözlərinə diqqət yetirsək, burada "Aç xurcunu, al bıçağı, Kəs almanı, ver yara dilim, dilim, dilim, dilim" sözləri fəlsəfi məna daşıyır. Bu fəlsəfi mənadan aydın olur ki, alma burada ürək, qəlb mənasına bənzədilir. Və burada almanın dilim-dilim kəsilməsi, yəni qəlbin dilim-dilim kəsilib yarla paylaşılması mənasında işlədilib. Belə fəlsəfi mənalara Azərbaycan xalq mahnılarında çox rast gəlirik".

Qeyd olunur ki, bunlar nanay havası musiqisidir, folklorumuzdur və adətən "yallı" rəqsi ilə müşahidə olunur: "Bu mahnının dərin fəlsəfi mənası olduğu üçün növbəti erməni oğurluğuna səbəb olub. Çünki məşhur erməni alimi Manuk Abeqyan (М.Абегян, "Народные напевы") kitabında yazır: "Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr baxımından kasıbdır və buna görə də biz yaxşı bildiyimiz türk [Azərbaycan] dilinə müraciət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti