...

Gənc Memarların “28 Mall”da sərgisi

Mədəniyyət Materials 16 İyul 2015 12:44 (UTC +04:00)
Memarlar İttifaqının nəzdində fəaliyyət göstərən Tələbə və Gənc Memarlar Klubu və “28 Mall” Ticarət Mərkəzi Azərbaycan Müasir Memarlığının təbliği naminə xüsusi proqram hazırlayıb.
Gənc Memarların “28 Mall”da sərgisi

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Memarlar İttifaqının nəzdində fəaliyyət göstərən Tələbə və Gənc Memarlar Klubu və "28 Mall" Ticarət Mərkəzi Azərbaycan Müasir Memarlığının təbliği naminə xüsusi proqram hazırlayıb.

Trend-in məlumatına görə, Tcarət Mərkəzi Azərbaycanın Gənc Memarlarının Müasir Memarlığa baxışını nümayiş etdirəcək sərgi təşkil edib. Sərgi iyulun 20-dən avgustun 2-dək davam edəcək.

Sərgi zamanı Azərbaycanın Müasir Memarlığının nümunələri nümayiş olunacaq. Bunlar arasında şəhərsalma layihələri, müxtəlif interyer və eksteryer həlləri, eskiz layihələri olacaq.

Qeyd edək ki, Azərbaycan Memarlar İttifaqının nəzdində fəaliyyət göstərən Tələbə və Gənc Memarlar Klubu 2013-2015-ci illərdə bir neçə layihələrlə Müasir Azərbaycan Memarlığına öz töhfələri ilə seçilib. Belə ki, bu ilin iyun ayinda irimiqyaslı Müsabiqə-Birinci Respublika Memarlıq Mükafatı baş tutub. Ondan öncə bir neçə master klasslar, tələbələr üçün iş təcrübələri, sərgilər və s.

Azərbaycan Memarlar İttifaqının nəzdində fəaliyyət göstərən Tələbə və Gənc Memarlar Klubunun prezidenti Üzeyir Qasımov bildirib ki, layihənin əsas məqsədli ölkənin müasir memarlığının inkişafına təkan vermək, gənc istedadlı memarların tapılıb üzə çıxarılmasına, onların tanınmasına və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.

"28 Mall" Ticarət Mərkəzi mütəmadi olaraq müxtəlif mövzularda müxtəlif sərgilər təşkil edir. Belə ki, Ticarət Mərkəzi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə bu ilin may ayının 28-dən iyun ayının 28-dək tarixlərində açıq havada "Azərbaycan incəsənəti" sərgisini təşkil edib.

"28 Mall"ın ümumi sahəsi 25.000 m2-dir. Mərkəzin ərazisində ticarət obyektləri ilə yanaşı Food Court (alış-veriş ticarət mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlar, 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti