...

Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabı Türkiyədə nəşr olunub

Mədəniyyət Materials 10 May 2016 14:58 (UTC +04:00)
Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatı Ankarada nəşr olunub.
Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabı Türkiyədə nəşr olunub

Bakı. Trend:

Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" traktatı Ankarada nəşr olunub.

Trend-in məlumatına görə, kitabı türk dilinə tərcüməçi Məhməd Reza Qoçi tərcümə edib.

Kitab İLESAM təşkilatının rəhbəri Məhmət Nuri Barmaqsızın təşəbbüsü ilə nəşr olunub.

May ayının sonlarında Türkiyənin Kırşehir Kitab Fuarında imza gününün və İLESAM-ın təşkilatçılığı ilə təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Anarın "Yaşamaq haqqı" traktatı yazıçının rus dilində "LİK Azerbaydjana" üç cildliyində yer alıb. Azərbaycan dilində bu əsər "525-ci qəzet"də hissələrlə oxuculara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti