...

Fira canlı efirdə rəqqasə Renkaya "papito" oynatdı (VIDEO/FOTO)

Mədəniyyət Materials 15 Fevral 2017 14:38 (UTC +04:00)
Xəzər TV-nin efirində hər həftənin şənbə və bazar günləri yayımlanan “Oyan Azərbaycan” verilişi bu dəfə də tezdən oyanan tamaşaçılarına maraqlı anlar yaşadıb.
Fira canlı efirdə rəqqasə Renkaya "papito" oynatdı (VIDEO/FOTO)

Bakı. Trend:

Xəzər TV-nin efirində hər həftənin şənbə və bazar günləri yayımlanan “Oyan Azərbaycan” verilişi bu dəfə də tezdən oyanan tamaşaçılarına maraqlı anlar yaşadıb. Efirin qonağı olan gənc müğənni Vüsal Hacıyev canlı ifaları ilə, “Renka” ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradova isə məşhur “Papito” rəqsi ilə izləyiciləri coşdurub. Rəqqasə həm də xüsusi geyimi ilə də diqqət çəkib.

Televiziyanın efirində yayımlanan “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova da qonaqlar sırasında olub və “Oyan Azərbaycan” tamaşaçılarına çəkilişlərdə yaşanan maraqlı anları əks etdirən videoçarx təqdim edib.

Səhər proqramı ənənəsinə sadiq qalaraq müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən reportaj və videomateriallara da yer ayırıb. “Sosium” rubrikasında Əlil arabalarının rahat hərəkəti üçün nəzərdə tutulan pandusların çatışmayan cəhətlərindən, “Peşəkar” rubrikasında isə unudulmaq təhlükəsi ilə qarşı-qarşıya olan “Ebru” sənətindən bəhs olunub.

Verilişdə eləcə də “Meqapolis” sakinlərinin olmazsa-olmazlarından olan və həyatımızda xüsusi rol oynayan qulaqcıqların zərərinə də yer verilib. Mümkün fəsadlardan danışılıb.

“Uğur düsturu”nun bu dəfəki qonağı isə əməkdar artist Cavan Zeynallı olub. Tanınmış cazmen həm maraqlı zarafatlar edib, həm də gənc nəslin sənətə biganə münasibətindən gileylənib.

Bazar səhəri isə proqram yeni rubrikalarının təqdimatını edib. Belə ki, bu həftədən etibarən “Oyan Azərbaycan” verilişində balaca tamaşaçılar üçün “Balalar bilirmi?!” və fiziki qüsurlu insanlara stimul olacaq “Sərhədsiz” rubrikaları yayımlanmağa başlayıb.

Günün musiqili qonaqları isə “Cahan” qrupu və əməkdar artist Baloğlan Əşrəfov olub. Anasının səhhəti ilə bağlı bəzi narahatlıqların olduğunu deyən Baloğlan Əşrəfov studiyaya gələr-gəlməz elə “ana” mahnısını səsləndirib.

Aparıcı Firanın rəsmi qonağı isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oldu. Son günlər gündəmdə olan Cocuq Mərcanlının bərpası istiqamətində həyata keçirilən pilot layihə haqqında maraqlı müzakirələr aparılıb.

Qeyd edək ki, bir-birindən maraqlı və rəngarəng 20-dən çox rubrika ilə tamaşaçı rəğbəti qazanan veriliş yaxın zamanlarda da öz efirində yeniliklər edəcək.

Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti