...

Qalmaqallı “Matilda” dünya premyerasından 3 gün öncə “CinemaPlus”da (VİDEO)

Mədəniyyət Materials 23 Oktyabr 2017 20:40 (UTC +04:00)
Premium kinoteatr “CinemaPlus 28 Mall”da oktyabrın 23-də 19:15-də qalmaqallı tarixi dram olan “Matilda” filminin dünya premyerasından 3 gün öncə nümayişi başlayıb.
Qalmaqallı “Matilda” dünya premyerasından 3 gün öncə “CinemaPlus”da (VİDEO)

Bakı. Trend:

Premium kinoteatr “CinemaPlus 28 Mall”da oktyabrın 23-də 19:15-də qalmaqallı tarixi dram olan “Matilda” filminin dünya premyerasından 3 gün öncə nümayişi başlayıb.

Ssenarinin hazırlanmasında aralarında ABŞ və Fransadan olan 10-dan çox ssenarist iştirak edib. Paltarların hazırlanmasına 17 tondan çox parça sərf olunub, cəmi isə 5 min geyim hazırlanıb.

Rejissor Aleksey Uçitel. Rollarda Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiy və s.

Sonuncu imperator və rus baletinin nüfuzunun möhürünü vurmuş balerina. Rus tarixini dəyişməyə qadir bir eşq hekayəsi. Əfsanəyə çevrilmiş məhəbbət. Hər bir insanın həyatında onu həmişəlik dəyişə biləcək günlər olur. Ən vacib gün gəldikdə isə sevginin sədasına səs verirsən. Amma imperator gözəlliyi ilə onu dəli-divanə edən rəqqasəni səvərsə.Uspenskiy kilsəsi, Kreml, çar imaratləri, Mariinskiy və Böyük teatrın səhnələri – bir sözlə, əbədi Rusiyanın döyünən ürəyi.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti