...

Tofiq Quliyevin yubileyi qeyd edilib (FOTO)

Mədəniyyət Materials 8 Noyabr 2017 16:32 (UTC +04:00)
Tofiq Quliyev adına musiqi məktəbi dahi bəstəkarın yubileyini qeyd edib
Tofiq Quliyevin yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə dahi sənətkarın adını daşıyan 12 nömrəli 11 illik musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəbin istedadlı şagirdlərinin ifasında Tofiq Quliyevin “Rəqs”, “Mahnı”, “Vals”, “Kamilin mahnısı”, “Bakılıyam mən”, “Faytonçu”, “Sənə də qalmaz”, “Sevinc nəğməsi” kimi bir çox əsərləri səsləndirilib.

Məktəbin xor kollektivinin ifasında T.Quliyev “Sabahın xeyir, Azərbaycan”, “Neftçi mahnısı” tamaşaçılar tərəfindən maraqla dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti