...

Höte mərkəzi Bakı İpək Yolu festivalına dəvət edir

Mədəniyyət Materials 27 Noyabr 2017 14:45 (UTC +04:00)
Höte İnstitutu 5-14 dekabr tarixlərində Bakıda Almaniya, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstandan olan məşhur musiqiçilərlə caz konserti, eyni zamanda sərgi və musiqi seminarı təşkil edəcək.
Höte mərkəzi Bakı İpək Yolu festivalına dəvət edir

Bakı. Trend:

Höte İnstitutu 5-14 dekabr tarixlərində Bakıda Almaniya, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstandan olan məşhur musiqiçilərlə caz konserti, eyni zamanda sərgi və musiqi seminarı təşkil edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirə qatılan incəsənət xadimlərinin təmsil etdikləri ölkələr tarixi İpək Yolunun bir hissəsini təşkil edir.

Almaniyada formalaşmış ideyaya görə, bu yol nəinki məhsul, eləcə də şərq və qərb arasında incəsənət və ideya mübadiləsi üçün imkandır. Konsert və tədbirlər Bakının bir çox yerində keçiriləcək.

Konsertlərə giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti