...

Məşhur italiyalı musiqiçi Bakıda Yeni il konserti verəcək

Mədəniyyət Materials 13 Dekabr 2017 18:20 (UTC +04:00)
29 dekabr saat 19:00-da, Bakı Beynəlxalq Muğam Mərkəzində İtaliyalı musiqiçi Luiza Sellonun Yeni il performansı keçiriləcək.
Məşhur italiyalı musiqiçi Bakıda Yeni il konserti verəcək

Bakı. Trend:

Dekabrın 29-da saat 19:00-da Bakı Beynəlxalq Muğam Mərkəzində italiyalı musiqiçi Luiza Sellonun Yeni il performansı keçiriləcək.

Trend-in məlumatına görə, fleyta ifaçısı Luiza Sello İtaliya musiqisi və mədəniyyətinin səfiridir. O, bakılı izləyicilərin qarşısında Yeni il bayramı ilə əlaqədar xüsusi proqramla çıxış edəcək. Beynəlxalq Muğam Mərkəzi, United Cultures tərəfindən təşkil olunan rəngarəng və parlaq konsert proqramı İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Bakının özünəməxsus Yeni il ab-havasına uyğun olaraq, çox möhtəşəm və zəngin konsert proqramı nəzərdə tutulub. Belə ki, performans həm dünyaca məşhur, dahi klassik musiqi bəstəkarlarından olan Cakino Rossini, Jorj Bize, V.A.Mosartın kompozisiyalarını, həm də müasir dövrün bəstəkarlarından olan Ennio Marikone və Valter Silviottinin musiqilərini əhatə edəcək.

Bundan əlavə, Luiza Sello, Stefano Muskaritolo və Kamalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilərlə birlikdə ifa edəcək. Bu kompozisiyalardan birinin azərbaycanlı kontr-tenor olan İlham Nəzərov tərəfindən ifa olunacağı nəzərdə tutulur.

Luisa Sello, tarzən Sahib Paşayev ilə birlikdə tamaşaçılara Kamala Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim edəcək.

Konsertin biletlərini şəhərin bütün kassalarından və “iTickets.az” saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti