...

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 11 May 2018 00:36 (UTC +04:00)
Musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Ulu öndər Heydər Əliyevin 95 illik  yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov qeyd edib ki, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyəti illərində onun təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi mədəniyyətə və incəsənətə marağın və bu sahədə biliklərin artırılmasına, gənc istedadların musiqi təhsili almasına diqqət ayırıb.

Sonra musiqi məktəbinin şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerlər səsləndirilib.

Konsertdə məktəbin şagirdləri M.Maqomayev “Odlar yurdu”, T.Quliyev “Fantaziya”, Q.Qarayev “Səhər nəğməsi”, Ü.Hacıbəyov “Arazbarı”, F.Şopen “Ballada” İ.Brams “Macar rəqsi”, F.Mendelson “Prelüd”, C.Delioux “Kapriçço” kimi Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa ediblər.

Xəbər lenti

Xəbər lenti