...

Türkiyəli ulduzlar Bakıda gizlincə evləndi? (FOTO)

Mədəniyyət Materials 7 Sentyabr 2018 03:01 (UTC +04:00)
Türkiyəli ulduzların Bakıda toy şəkilləri yayılıb.
Türkiyəli ulduzlar Bakıda gizlincə evləndi? (FOTO)

Bakı. Trend:

Türkiyəli ulduzların Bakıda toy şəkilləri yayılıb. Trend-in məlumatına görə, Ufuk Özkan və Mehtap Bayrinin Bakıda çəkilmiş toy fotoları yayılıb.

Bəziləri onların Bakıda gizlin evləndiklərini bildirsə də, əslində bu "Milyonluq Quş" filminin çəkilişləri zamanı olan kadrlardandır.

Sözügedən filmdə baş rolları Ufuk Özkan, Müşviq Şahverdiyev, Mehtap Bayri, Dilarə Əliyeva, Gökçe Özyol və digərləri bölüşüb.

Filmin oktyabrın 3-ü Bakıda qala gecəsi keçiriləcək.

Filmin montajını Türkiyədə "İşler Güçler", "Ay Lav Yu Tuu", "Çalgı Çengi", "Kardeş Payı" kimi bir çox ekran işinin montajçısı Aykut Yıldırım edib. Filmin post prodakşn işləri isə İstanbulda "London Post"da olunub. Filmin rənglənməsini məşhur türkiyəli kolorist Cenk Erol edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti